Ana səhifə

“Jurnalistlər üçün mənzil tikintisi dayandırılmalıdır”

    Tarix: 14-07-2017 12:08   

 “Jurnalistlər üçün mənzil tikintisi dayandırılmalıdır”
Elçin Şıxlı: “Bu, sovetdən qalma ənənədir”

“Jurnalistlərə ev verilirsə, gərək müəllimlərə, həkimlərə, mühəndislərə də verilsin”

“Jurnalistlər üçün mənzil tikintisi dayandırılmalıdır”.

Bunu Anaxeber.az-a açıqlamasında Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bildirib. Media ekspertinin sözlərinə görə, bu, sovetdən qalan və özünü doğrultmayan bir ənənədir:
“Bu, sovetdən qalan bir ənənədir və doğru bir addım sayıla bilməz. Çünki jurnalistlərə ev tikilirsə, bu məntiqlə həkimlərə, müəllimlərə, mühəndislərə, digər şəxslərə də ev tikmək lazımdır. Odur ki, jurnalislətərin mənzillə bu şəkildə təminatını məqsədəuyğun saymıram. Bu gün Bakı şəhərində kifayət qədər mənzil olsa da, bu mənzilləri almaq hər adama müəssər olmur. Ölkədə elə bir şərait yaratmaq lazımdır ki, tək jurnalistlər deyil, hər bir vətəndaş mənzilə olan tələbatını ödəyə bilsin. Buna nail olmaq lazımdır”.
Anaxeber.az
Seymur Əliyev

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net