Ana səhifə

Cənab prezident, 11 saylı ərazi vergi idarəsi sahibkarlara zülm edir

    Tarix: 12-07-2017 10:41   
Cənab  prezident, 11 saylı ərazi vergi idarəsi sahibkarlara zülm edir
-Cənab prezident, Dəfelerle 11 saylı ərazi vergi idarəsinin kənd təsərrüfatı məhsullarının ixracına xidmət göstərən sahibkarlara hesabladığı külli miqdarda vergilər bu gün biz sahibkarlara zülmündən başqa bir şey deyil. 11 saylı ərazi vergi dairəsinin bəzi vergi məmurları hesabladıqı analoji vergilər biz sahibkarlarnan yanaşı iqtisadiyyatımıza da vurulan zərbədir. Çünki Rusiya ilə Azərbaycan arasında razılıq əsasında kənd təsərrüfatı məhsullarının bu qaydada ixracı Ümummilli lider H. Əliyevin uzaqgörən siyasəti nəticəsində ərsəyə gəlmişdir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılması orada satılması ,əvəzində ölkəyə valyuta gətirilərək vətəndaşlar həm iqtisadiyyatımızın bu gunə kimi təminatçısı həmdə öz məhsullarımızın Rusiya bazarında nüfuzunun artmasına səbəb olmuşdular.Bütün bu inkişafın bir səbəbkarı olmuşdur oda Ümumilli Lider H.əliyev cənablarıdır.

Onun sayəsində 20 ildən artıq ixrac olunan kənd təsərrüfatı məhsullarına ƏDV sıfır dərəcə,heç bir vergi hesablanmamışdır .Yəni biz sahibkarlar Rusiya ərazisində oradakı şirkətlərlə müqavilə bağlayır,kəndlilərin istehsal etdikləri məhsulları onların istədikləri bazarlara ixrac edilməsinə köməklik göstəririk.Məhsul ölkə ərazisindən lazımi ixrac yerinə çatdıqda vətəndaşlar öz məhsullarının satışını özləri həyata keçirirlər.Bütün bu məsələləri 11 saylı vergi ərazi dairəsinə izah etsəkdə onlar bizim fəaliyyətimizi araşdirmadan,sanki qisas almış kimi aqlasiqmaz külli miqdarda vergilər hesablayırlar .2014 ildən bu məsələdə külli miqdarda borc hesablanması beş sahibkarın həbsxanaya düşməsinə səbəb oldu(Vəliyev Ramin Hüseyn oğlu,Əsədov Aqil Adil oqlu 1 qrup qarabaqara əlili,Aqalarov Emin Cəmil oqlu).Hal hazırda 20 yaxın sahibkarın işi istintaq və məhkəmədədir.(Talıbov Zabil Ocaqverdi oqlu, Hidayətov Zöhrab Raqub oqlu,Xəlilov Akif və s.).
Cənab Prezident məhsulların ixracının başqa cür aparılması mümkün olmadığı üçün sonunda bu aqibətlə qarşılaşırıq .11 saylı ərazi vergi dairəsinin birmənalı şəkildə bu cür davranması elə bizə elə gəlir ki,Mərhum H.Əliyevin ixraca sərf etdiyi zəhməti yerə vurmaqdan başqa bir şey deyil. Çünki dəfələrlə fəaliyyətimizin nədən ibarət olduğunu,Ulu Öndərin ixraca baqli bu cür rahat ticarət şəraitinin yaradılmasını izah etsəkdə təəssüf ki,əhəmiyyət verməmişdilər.Bizlərdə vergilərimizi ödəmək istəyirik,ancaq fəaliyyətimiz çərçivəsində.Sizdən xahiş edirik Ulu Öndərin ixraca yarattiqi bu şəraiti ya gözəl şəkildə dəyişdirilməsinə köməklik,göstərəsiniz,yada ki 11 saylı ərazi vergi idarəsinin H.Əliyev prinsiplərini çeynəməyə imkan verməyin.Əvvəlcədən öz təşəkkürümüzü bildiririk. 11 saylı ərazi vergi dairəsinin zülmünə məruz qalmış kənd təsərrüfatı ixracatçıları :Süleymanov Razı Ravi oqlu iki yüz minə yaxın, Hidayətov Zöhrab Raqub oqlu 800 mindən yuxarı vergi borcu işi məhkəmədə, Talıbov Zabil Ocaqverdi oqlu bir milyondan yuxarı ,Xəlilov Akif və.digərləri.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net