Ana səhifə

“Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin" – Millət vəkili

    Tarix: 28-06-2018 01:04   
 
Millət vəkili Adil Əliyev Almaniyada yaşayan azərbaycanlılarla növbəti görüşünü keçirib. 
 Soydaşlarımız qarşısında çıxış edən deputat onları Azərbaycan maraqlarını müdafiə eləməyə çağırıb.
 O, ölkəmizin inkişaf etdiyini, dünyada güclü mövqeyə sahib olduğunu da deyib.
 Daha sonra Adil Əliyev sualları cavablandrıb. Tədbir iştirakçılarından birinin “Azərbaycanda inkişafdan danışdınız, bəs, Almaniyanın qaçqın düşərgələrində niyə insanların sayı bu qədər çoxdur” sualına Adil Əliyev belə cavab verib:
“Dünya müasirləşdikcə insanlar daha yaxşı yaşamağı arzulayır. Daha yaxşı təhsil almaq  istəyir. Arzularının gerçəkləşməsini başqa yerdə görmək istəyir. Biz idda etmirik ki, Azərbaycanda maaş Almaniyadan yüksəkdir. Biz Almaniya ola bilmərik. Bunun üçün zaman lazım. Hər şeyi dövlətin üzərinə atmaq lazım deyil”. 
 Adil Əliyev deyib ki, bəzən insanlar zəhmətə qatlaşmaq istəmir:
 “Kənddə yaşayanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmir. Deyirlər ki, neft var biz də pulu verilsin. Halbu ki, dövlət bu sahənin inkişafı üçün addımlar atın. İnsanlar bir az zəhmətə qatlaşmalıdır”.
gununsesi.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net