Ana səhifə

“Audi” servisdə vətəndaş nələrlə üzləşdi? VİDEO

    Tarix: 19-06-2018 08:26   


“Bandotdel”ə və məhkəməyə verdikləri müştərinin boynuna qoyulur

Bakı şəhər sakini Salayev Eldar üzləşdiyi problemlə bağlı azadliq.info-ya üz tutub.
Ötən ilin yanvar ayında onun oğluna məxsus “Audi” markalı avtomobilin mühərrikində nasazlıq yaranıb. Audi Bakı Mərkəzinə müraciət edib. Servisdən maşını aparan ustalar səhəri avtomobilin sahibini gözləmədən onu söküblər. Təmir işi söz verildiyi ana hazır olmayıb. Bundan sonra tərəflər arasında narazılıq yaranıb. İş məhkəmə müstəvisinə çıxıb.

Servisin əsl sahibi icra başçısı imiş

Salayev Eldar başına gələnləri əməkdaşımıza danışıb: “Razılaşmışdıq ki, təmir xərcləri 4000-4500 manat arası olar. Lakin dedikləri vaxta maşının təmiri yekunlaşmadı. Maşın hazır olan zaman isə 12 min manat ödəyəcəyimizi dedilər. Bu məbləğlə razılaşmadıq. Aramızda narazılıq yarandı. Mənə bildirdilər ki, bu servisin sahibi Sabunçu rayon İcra Hakimiyətinin başçısı Adil Vəliyevdir. Ona görə də ona müraciət etdim. Müavini Qəzənfər müəllim məni dinləyib, yanımda servisə zəng vurdu. Yenidən təmir yerinə gəldim. Amma heçnə dəyişmədi. Bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. Məhkəmə isə ekspertiza təyin etmədən maşının əvvəlki vəziyyətdə bizə qaytarılması barədə qərar verdi”.
Məhkəmə qərarından tam razı olmasa da maşını qəbul etməyə gələn zaman avtomobili əvvəlki yerində görməyən Salayevlər narahat olmağa başlayıb. Maşının yeri barədə onlara məlumat verilmədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər. “Bu şikayətdən sonra məlum olu ki, bzim avtomobil servisin zibillik kimi istifadə olunan yerinə atılıb. Həmin yerdə isə maşının qapıları açıq, xarici görünüşündə gözlə görünən xeyli zədələr nəzərə çarpırdı. Bu barədə kimə müraciət etdimsə bir cavab verən olmadı. Yeniən razılaşa biləcəyimiz üçün mən 7000 manat təklif etdim. Servisin hüquqşünası 20 min manat verəcəyim təqdirdə maşını yenidən təmir edib bizə qaytara biləcəkərini bildirdi. Bunu isə “bantotdelə” və məhkəmə xərclərinin çıxması ilə əlaqələndirdilər”-deyə Eldar Salayev söhbətinə davam edib.

“Audi” servisdə maxinasiya barədə ehtimal

Eldar Salayev sonda bildirib ki, hüqularının müdafiəsi üçün bundan sonra da səylərini davam etdirəcək. Kimliyindən asılı olmayaraq qanunsuz əməllərlə məşğul olanların cəzalanacağı ümidində olduğunu bildirib. Eləcə də, servisdə baş verən maxinasiya barədə də ehtimalını deyib. “Sonradan bizim maşının tez-bazar söküməinin səbəbi barədə də bizə məlumat verildi. Burda 3-4 ay təmiri yubanan hansısa maşını sahibinə qaytarmaq üçün bizim maşının detalları ona qoyulub. Mən maşını buradan aparıb başqa ustaya sökdürəcəyəm. Yəqin ki, orada akt tərtib olunacaq. O zaman bu servisin hansı maxinasiya ilə məşğul olması üzə çıxacaq”,-deyə Eldar Salayev bildirib.
Əməkdaşımız şikayətçi ilə birlikdə Audi Bakı Mərkəzində olub, məsələyə servisdən münasibət bildirən olmayıb. Qeyri-iş günləri olduğu Sabunçu Rayon İH-dən isə mövqe öyrənə bilmədik. Buna baxmayaraq münasibət bildirmək fikirləri olarsa dərc etməyə hazırıq.

azadliq.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net