Ana səhifə

Daha bir şəhid ailəsinin acı durumu -ailə qaz borcunu ödəyə bilmədiyi üçün 1 ildir qazsız qalıb

    Tarix: 22-05-2018 08:23   


Dünən Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan ərazisindədöyüş tapşırığını yerinə yetirəəsgər Tatarov Adil Əli oğlu şəhid olub. O, 28 yanvar 1999-cu ildəAğstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. Adil Qıraq Kəsəmən kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dünən dəfn olunmaq üçün öz kəndinə gətirilən şəhidin tabutunu insan seli qarşılayıb.

Qarşılanma mərasimində iştirak edən şəxslərdən biri şəhid ailəsinin durumu ilə bağlı redaksiyamıza məlumat göndərib. Məlum olub ki, həddindən artıq yoxsul durumda yaşayan ailə qaz borcunu ödəyə bilmədiyi üçün 1 ildir qazsız qalıb. Dünən Adilin şəhid olduğunu eşidən icra nümayəndəliyindən gəlib təcili qaz xəttini qoşublar. Ailənin başçısı Əli kişi dolanışıq üçün balıq ovu ilə məşğul olub. Amma “ədalət keşikçiləri” bunu da ona çox görüblər. Onu “qanunsuz balıq ovu” ittihamı ilə tutublar, işi məhkəmədədir. Hazırda ailədə heç kəs işləmir. Ailənin qız övladlarından biri xəstədir və ailə uzun müddət ona xəstəlik təqaüdü alıb. Lakin iki il əvvəl o təqaüd dədayandırılıb, Növbəti komissiya yoxlaması zamanı xəstəliyin təsdiq olunması üçün ailədən pul-rüşvət istəyiblər. O pul tapılmadığı üçün təqaüdü kəsiblər.

4 bacının yeganə qardaşı olan Adil bir ildən artıq hərbi xidmətdə olmasına baxmayaraq, indiyə kimi ailədən onun yanına gedən olmayıb. Ailə imkansızlığa görəövladının andiçmə mərasiminə belə gedə bilməyib.  Adil isə hərbi xidmətdə nümunəvi snayperçi olub, xidmət dövründə neçə fəxri fərman alıb. Bu hökumətin ölkəvətəndaşına, öz torpağını qoruyan əsgərinin ailəsinə  verdiyi dəyər bu qədərdir. Neçəki, bu sistem davam edəcək, o münasibətin dəyişəcəyinə heç bir  ümid də yox…


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net