Ana səhifə

Gömrükdə ciddi islahatlar aparılacaq - Komitənin yeni sədrindən ANONS

    Tarix: 03-05-2018 09:08   



Gömrükdə ciddi islahatlar aparılacaq - Komitənin yeni sədrindən ANONS
"Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bu baxımdan strukturda, ümumiyyətlə, gömrük biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq.

"Gələcəkdə həm biznes nümayəndələri, həm də gömrük orqanında xidmət göstərən əməkdaşlar qanuni ticarətdən olan tərəflər olaraq fəaliyyətlərini quracaqlar, qanunsuz əməllər üzrə qəti imkan tədbirləri seçilib. Xüsusilə gömrük orqanlarında əməkdaşlar üçün ilkin müşavirələr keçirilib. Bütün rəhbərlərə bu sahədə göstərişlər verilib. Bundan sonra da prezidentimizin apardığı islahatların daha da dərinləşdirilməsi, daha da şaxələndirilməsi üzrə işlərimiz davam etdiriləcək,” – deyə S. Mehdiyev qeyd edib.

DGK sədri bildirib ki, gələcəkdə ilk növbədə sahibkarlar rahat idxal-ixrac əməliyyatları ilə məşğul olmaq üçün lazım olan bütün texniki imkanlardan istifadə edəcəklər. "Şəffaf mühitin formalaşdırılması Azərbaycan gömrüyünün nüfuzunu daha da ucalara qaldıracağıq. Struktur istiqamətində də yaxın zamanda yeni təkliflərimiz, yeni qərarlarımız olacaq”.
apa
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net