Ana səhifə

Akademik: - “Küçük demişəm, əcəb etmişəm“

    Tarix: 30-03-2018 18:18   


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistləri təhqir etməsində özünü haqlı sayıb.

R.Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında bir-iki “küçük” jurnalist var, onu biabır etməklə məşğuldur: “Küçük sözünü demişəm, əcəb etmişəm. Gedib mənim dilimdən yalandan yazı yazırlar. Ona görə də, jurnalistlərdən özümə heç bir xeyir gözləmirəm. Məni tanıyan, tanıyır. Məni dünyanın əksər ölkələri Avropa, ABŞ və digər yerlərdə tanıyırlar.
Amma siz mənə pislik etməklə məşğulsuz. Qulağınızda problem var. Nə deyirəmsə əksini yazırsız”.

Qeyd edək ki, modern.az saytının əməkdaşı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb. Amma akaddemik cavab vermək əvəzinə ağır təhqirlər səsləndirib.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net