Ana səhifə

Azərbaycanlı ateistlər kitab çap etdi - “Tanrı böyük deyil”

    Tarix: 19-03-2018 09:19   
  


“Ateizm inancdır, yoxsa elm? Heç biri deyil, ateizm dünyagörüşüdür”.
Bu müzakirə “Tanrı böyük deyil” kitabının təqdimatında gedib. Kristofer Hitçensin dinə qarşı fikilərinin yer aldığı bu kitab azərbaycanlı ateistlər tərəfindən tərcümə edilib. Kitabın korrektoru Zamin Mürsəlov deyir ki, onlar bu işi çətinliklə başa vurublar:
“Tanrı böyük deyil” kitabının çap məsələsi ortaya çıxanda, biz bir çox yerə müraciət etdik. Təsəvvür edin ki, bəzi nəşriyyatlar belə kitabın adından çəkinərək onu çap etmək istəmədi. Bəzən öz fikirləmizi ifadə etməyə çox çətinlik çəkirik. Biz bu gün hansısa ideyanı təbliğ edəndə Azərbaycan gəncliyinin oyanmasını, elmə yönəlməsini istəyirik. Düzdür, təhsil barədə, sosial çətinliklər var, amma bunlar adamı cəhalətə sürükləməməlidir”.
Zamin Mürsəlov deyir ki, bu təqdimat həm də azərbaycanlı ateistlərin birgə keçirilən ilk toplantısıdır.
“Bu, düz deyil – “Tanrı Böyük Deyil”. Sən haradan bilirsən axı, Tanrı böyük deyil, ay Hitçens?!”-yazıçı Əlisa Nicat deyir. (gülürlər)
Təqdimata gələnlər arasında dindarlar da yer alıb:
“Əgər bir insan Tanrıya inanırsa, siz onun şəriətinə irad bildirə bilməzsiniz”.
“Biz özümüzü cəmiyyətdə, dövlətdə azad şəkildə ifadə etməyi bacarmalıyıq. Bizim dövlətin qanunları da buna icazə verir, inanc, söz azadlığı var”-kitabı tərcümə edən Taryel Abdullayev deyir.
Kitabın tərcüməçisi Taryel Abdullayev iştirakçıların sayının azlığını dini təhlükə ilə bağlayır. Yazıçı Əlisa Nicat isə hesab edir ki, bu gün Azərbaycanda ateistlər üçün vəziyyət elə də qorxulu deyil.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net