Ana səhifə

Pensiyalar gecikməylə verilir - Bankomatların qarşısında uzun növbələr yaranıb

    Tarix: 16-02-2018 08:11   
Pensiyalar gecikməylə verilir - Bankomatların qarşısında uzun növbələr yaranıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevə istinadla pensiyaların fevarlın 15-də təqaüdçülərin hesabına köçürüləcəyini yazmışdıq. Nazirlik rəsmisi pensiyaları axşamüstü almağın mümkün olacağını desə də, dünən günortadan bankomatların qarşısında növbələr yaranıb. Əməkdaşımız Yasamal ərazisində bir neçə bankomata baş çəksə də, gecə saatlarına qədər təqaüdlərin hesaba köçürülmədiyinin şahidi olub. Bakının bəzi rayonlarında axşamüstü pensiyaçılar təqaüdlərini ala bilsələr də, əməkdaşımız müşahidə apardığı müddətdə (19.30-a qədər) Yasamalda hesablara pul köçürülməyib.

Ümumiyyətlə, təqaüdlərlə bağlı problem ötən ildən başlayıb. Beynəlxalq Bankdan pensiyasını alanlar ayın 8-10-u aralığında pullarını ala bilirdilər. Ötən ildən başlayaraq hər ay bir neçə gün gecikmə olur. Bu da bütün həyatı pensiyadan asılı olan adamlar üçün ciddi problem yaradır, onların narazılığına səbəb olur. Ancaq , görünür, hökumət bu problemi çözməkdə çətinlik çəkir. Milyardlarla manat ehtiyat olduğu deyilsə də, hökumətin bir neçə manatlıq artımdan necə çətinlik çəkdiyi gerçəyi bu günlər ortaya qoyuldu.

azadliq.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net