Ana səhifə

Rusiya nüvə zərbəsini birinci endirməyə hazırdır DOKTRİNA AÇIQLANDI

    Tarix: 03-02-2018 10:47   
Rusiya nüvə zərbəsini birinci endirməyə hazırdır DOKTRİNA AÇIQLANDI
Rusiya hakimiyyəti ABŞ-la mümkün hərbi qarşıdurma zamanı nüvə zərbəsini birinci endirməyə hazırdır. Belə qənaət ABŞ hökumətinin açıqladığı yeni nüvə doktrinasında yer alır.

Virtualaz.org xəbər verir ki, sənəddə Rusiyanın nüvə silahına birinci əl atmağa hazır olduğu dəfələrlə vurğulanır. “Moskva nüvə zərbəsini birinci endirməyə ahzır olduğu ilə hədələyir. Bu zaman səhvən belə hesab edir ki, məcburi nüvə təhdidləri və ya məhdud birinci nüvə zərbəsi ABŞ-ı və ya NATO-nu iflic edə, bununla da münaqişəyə Rusiyanın diqtə etdiyi şərtlərlə son qoya bilər”-deyə “Assosiated Press” agentliyi sənəddən sitat gətirir.



Doktrinada bildirilir ki, ABŞ-ın Rusiya tərəfdən nüvə və ya qeyri-nüvə hücumlarını effektiv çəkindirmə taktikası Moskva rəhbərliyinin nüvə silahından birinci istifadənin nəticələri məsələsində yanılmamasına əsaslanır. Çünki Rusiya hakimiyyəti başa düşməlidir ki, preventiv nüvə zərbəsi öz hədəflərinə çata bilməz. “Bizim strategiyamız Rusiyaya nümayiş etdirəcək ki, nüvə silahından istənilən istifadə, hətta məhdud olsa belə, öz məqsədinə çata bilməz”-sənəddə deyilir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp nüvə arsenalının modernləşdiriləcəyini, yeni taktiki nüvə silahlarının yaradılacağını elan edib. ABŞ və Rusiya arasında getdikcə artan gərginlik fonunda hər iki tərəf tez-tez nüvə arsenalına istinad edir.

Virtualaz.orgшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net