Ana səhifə

Direktorların və müəllimlərin maaşı artırıldı

    Tarix: 02-02-2018 09:15   

 Direktorların və müəllimlərin maaşı artırıldı
Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib.

XALQ.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən Təhsil Nazirliyi iki ay müddətində dövlət ilk peşə- ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qeyd edək ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvədədir.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net