Ana səhifə

Azərbaycan hakimiyyəti vətəndaşları çörəklə imtahana çəkir

    Tarix: 16-01-2018 09:39   
  Azərbaycan hakimiyyəti vətəndaşları çörəklə imtahana çəkir

15 yanvar 2018-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında, 20 Yanvar Şəhidlərinin Anım Günün qeyd edilməsi ilə bağlı, 20 Yanvar 2018-ci il saat 12:00-da Şəhidlər Xiyabanını ziyarət etmək haqqında qərar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında, 24 yanvar 2018-ci ildə keçiriləcək Qarabağ Forumuna hazırlıq haqqında müzakirələr aparılmışdır. KXCP, Əfqan Muxtarlıya Balakən rayon məhkəməsi tərəfindən 6 il həbs cəzası verilməsini pisləyir və Azərbaycan hakimiyyətindən onun dərhal azad edilməsini tələb edir. KXCP, 2018-ci ilin yanvar ayının pensiyalarının gecikdirilməsini hökumətin vətəndaşlara qarşı çörəklə imtahana çəkməsi kimi qiymətləndirir, bu işdə məsuliyyət daşıyan hakimiyyət nümayəndələrinin cəzalandırılmasını tələb edir. İdarə Heyətinin yığıncağında, KXCP Ali Məclisinin 28 yanvar 2018-ci ildə keçiriləcək Sessiyasının gündəlik layihəsi müzakirə edilmişdir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net