Ana səhifə

Deputatlar maaşlarının artırılmasını istəyir -Azərbaycanda deputatların maaşı 2 min 200 manat civarındadır

    Tarix: 07-11-2017 20:58   
Deputatlar maaşlarının artırılmasını istəyir -Azərbaycanda deputatların maaşı  2 min 200 manat civarındadır


Milli Məclisdə deputatların maaşının artırılması təklif olunub

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkdaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib. O, deputatların maaşlarının artırılmasını təklif edib.

APA-nın xəbərinə görə, S.Novruzov bu gün, noyabrın 7-si Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə müzakirələri zamanı bildirib ki, deputatların əməkhaqqı hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından azdır.

S.Novruzov vurğulayıb ki, Milli Məclisin büdcəsi heç bir rayonun büdcəsi qədər də deyil:

«Beynəlxalq aləmdə bəzi dairələrə qarşı sinəsini qabağa verib vuruşan, ölkədə qaçanın da, qovanın da üstünə getdiyi ünvan Milli Məclisdir. Bundan başqa, bizim dostluq qrupları var ki, onlar, heç olmasa, iki-üç ildən bir əməkdaşlıq etdiyi ölkələrə getməlidirlər. Bütün bunlar nəzərə alınmalıdır».

olduğu bildirilir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net