Ana səhifə

Yol polisindən sürücüyə: “102 kimdir, burada əmri mən verirəm” – VİDEO

    Tarix: 04-08-2017 12:27   
  Yol polisindən sürücüyə: “102 kimdir, burada əmri mən verirəm” – VİDEO
Cavadzadə Murad Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından şikayətçidir.

Avtosfer.az-a müraciət edən sürücü bildirir ki, 99 YP 249 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Binəqədi rayon DYPŞ-nin əməkdaşları ona məxsus olan “Seat” markalı, 99 HT 730 dövlət nömrə nişanlı avtomobili saxlayıb ödənilməmiş cəriməsi olduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılacağını bildiriblər.

Sürücü cəriməni yerində ödəməyə hazır olduğunu bildirib. Yol polisi isə “cəriməni ödə, avtomobilini buraxım, get” deyib. Sürücü bildirir ki, cəriməni ödəyib çekləri təqdim etsə də, ona avtomobilin duracağa getməli olduğunu bildiriblər: “Dərhal 102 xidmətinə zəng edib şikayət etdim. Oradan da bildirdilər ki, cərimə ödənilibsə, avtomobil buraxılmalıdır. Bununla bağlı məni saxlayan YPX əməkdaşına bildirdikdə, “102 kimdir, burada əmri mən verirəm” dedi.

Sonra isə PPX çağıraraq məni və avtomobilimdə olan dostumu bölməyə aparmağını istədi. Guya biz onu təhqir etmişik, tabe olmamışıq. Amma videogörüntülərdə də var ki, biz hər hansı kobudluğa yol vermirik. 102 xidmətinə zəng edəndən sonra məni aparmasalar da, dostumu bölməyə aparıb izahat aldılar. Həmçinin dedilər ki, sizə hələ bir cərimə də yazacağıq ki, qoşa xəttin tələbini pozmusunuz. Amma biz heç bir qaydanı pozmamışdıq”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin sürücü konkret qayda pozuntusuna görə saxlanılıb. “Sonradan məlum oldu ki, sürücünün ödənməmiş cərimələri də var. Sürücü özünü təqdim etməkdən imtina edərək sənədləri YPX əməkdaşlarına verməyib. Buna görə də Nərimanov rayonu 17-ci polis bölməsinin əməkdaşları əraziyə dəvət edilib və həmin sürücü bölməyə aparılaraq şəxsiyyəti müəyyən edilib. 190 manat cəriməsini ödədikdən sonra çəkdiyi videoları yayacağı ilə polis əməkdaşlarını şantaj edib və buraxılmasını istəyib. Lakin buna baxmayaraq barəsində qanunun tələblərinə müvafiq olaraq tədbir görülüb.”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net