Ana səhifə

Azərbaycan borc burulğanında: 6 ayda xaricdən 11,2 milyard dollar borc alınıb

    Tarix: 29-07-2017 08:10   
 Azərbaycan borc burulğanında: 6 ayda xaricdən 11,2 milyard dollar borc alınıb Azərbaycan borc burulğanında: 6 ayda xaricdən 11,2 milyard dollar borc alınıb

1 iyul 2017-ci il tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə ümumilikdə 11,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

Oxu.Az Hesablama Palatasına istinadən xəbər verir ki, 1 yanvar 2017-ci il tarixə olan vəziyyətlə müqayisədə 285,4 mln. ABŞ dolları və ya 2,6% çoxdur. Həmin kredit sazişləri əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 2017-ci ilin 6 ayı ərzində 193,5 mln. ABŞ dolları və ya 2,8% artaraq 7,1 milyard ABŞ dolları təşkil edib.

İstifadə olunan və dövlət borcu hesab edilən kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 18,2%-nə bərabər olub. Adambaşına düşən xarici dövlət borcu isə 1232,1 manat təşkil edib.

Hesabat dövrünə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibinə gəlincə, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 7,6%; ABŞ dolları ilə – 75,4%; avro – 13,0%; yapon yeni – 2,5%; digər valyutalar üzrə isə 1,5% olub.

Ölkəyə cəlb edilmiş kreditlərin 32,0%-ni sabit dərəcə ilə olan kreditlər, 68,0%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. Xarici dövlət borcunun 57,9 %-i hesabat dövründən sonra 10 ilə qədər olan müddə 38,0%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 4,1%-I isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

2017-ci ilin 6 ayı ərzində dövlətin daxili borcu 431,4 mln. manat və ya 35,1% azalaraq 798,7 mln. manat təşkil olub. Daxili dövlət borcunun təqribən 303,3 mln. manatı, xarici dövlət borcu üzrə isə təqribən 549,0 mln. manatı şərti öhdəlik kimi qeydə alınıb.

Bastainfo.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net