Ana səhifə

“2018-ci ildə vəziyyət Azərbaycanın xeyrinə ciddi şəkildə dəyişəcək”

    Tarix: 19-07-2017 13:44   
  “2018-ci ildə vəziyyət Azərbaycanın xeyrinə ciddi şəkildə dəyişəcək”
Tofiq Abbasov: “Bu gedişlə Ermənistanın sonu yoxdur”

“Gələn il Serj Sərkisyanın prezidentlik müddəti bitdikdən sonra bölgədə vəziyyət Azərbacanın xeyrinə ciddi şəkildə dəyişəcək”.
Bunu Anaxeber.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Onun sözlərinə görə, hazırda Sərkisyan rejimi öz hakimiyyətini qorumaq üçün müxtəlif gedişlər etsə də, 2018-ci ildə bu imkandan da məhrum olacaq:
“Bu gün hakimiyyətdə olan Sərkisyan və onun ətrafı sözün həqiqi mənasında cinayətkarlardır və onlar hakimiyyətə öz təhlükəsizliklərini qoruyub saxlamaq vasitəsi kimi baxırlar. Lakin gələn il Sərkisyanın prezidentlik müddəti başa çatandan sonra vəziyyət tamamilə dəyişəcək.
Biz bu günə qədər problemin sülh yolu ilə, danışıqlar yolu ilə həll üçün gərəkli olan hər bir addımı atmışıq. Bütün lazımi dözümlülüyü, centlmenliyi göstərmişik. Lakin bütün bunların müqabilində ermənilər yenə də özlərinə məxsus azğınlıqdan imtina etmir, yenə də eyni həyasızlığı sərgiləyirlər. Bunun isə sonu yoxdur. Bu prosesin hökmən bir axırı olacaq və bu sonluq Ermənistana yaxşı heç nə vəd etmir”.

Seymur Əliyev

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net