Ana səhifə

Bakıda ilk dəfə açılan McDonalds məlum olmayan səbəbdən bağlandı – Foto

    Tarix: 27-06-2017 20:38   
  Bakıda ilk dəfə açılan  McDonalds məlum olmayan səbəbdən bağlandı – Foto
Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən McDonalds restoranlar şəbəkəsinin nümayəndəliyi bağlanıb.

Musavat.com bildirir ki, bu gün səhər saatlarından restorana gələn müştərilər gözlənilmədən restoranın qapısının bağlı olduğunu görüblər. Restoranın qarşısında əyləşən işçilər gələn müştərilərə restoranın hansı səbəbdən bağlanıldığını izah edə bilməyiblər Açıqlama verən işçilərdən birinin sözlərinə görə dünən axşam saatlarından məlum olmayan səbəbdən restoranın işıqları söndürülüb:


“Bununla bağlı rəhbərlik hələ ki, bizə izahat verməyib. Dünən gecə təxminən 4 saatlarında restoranın işıqları məlum olmayan səbəbdən söndürülüb. Lakin bizə bildirilib ki, bu gün axşam 10 radələrində restoran yenidən fəaliyyətə başlayacaq”.


Qeyd edək ki, Azərbaycanda ilk dəfə McDonalds restoranı məhz Fəvvarələr Meydanında 1999-cu ilin noyabrın 6-da açılıb. Hazırda Azərbaycanda 10 McDonalds restoranı fəaliyyət göstərir ki, bu restoranlarda da 850-dən çox əməkdaş çalışır.


Xaloidə Gəray,
Musavat.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net