Ana səhifə

Yaqub Eyyubovu energetika naziri əvəzlədi: 12 il sonra ilk dəfə

    Tarix: 05-03-2018 22:35   
 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru.
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Ukrayna tərəfinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının bugünə qədər sədri prezident İlham Əliyevin 26 avqust 2006-cı il tarixli sərəncamı ilə baş nazirin birinci müavini Yaqub Eyyubov olub.azpolitika.info
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net